Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
SİYASƏT
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
SİYASƏT
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
SİYASƏT
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
SİYASƏT
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
SİYASƏT
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
SİYASƏT
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
SİYASƏT
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır

QHT-lər pulsuz qalıb

2021-11-18 14:09:45 201 baxış
Xəbər şəkil

"Agentlik məsuliyyəti öz üzərinə götürmür, çünki müsabiqənin elan edilməsi üçün hüquqi baza formalaşmayıb"

Cəsarət Hüseynzadə: "Yaxın vaxtlarda müsabiqənin elan olunmasına inamım azdır"

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ötən dövr ərzində QHT-lərin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan etməməsi vətəndaş cəmiyyətində müəyyən narazılığa səbəb olmuşdu. Bir sıra qeyri-hökumət təşkilatları problemə görə Agentliyi, yeni yaradılmış təşkilat isə digər müvafiq qurumları suçlamışdılar. 

Milli Məclisdə büdcə müzakirələri zamanı Maliyyə naziri Samir Şərifov bu məsələyə də münasibət bildirib. Nazir qeyd edib ki, problemin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması barədə deyilənlər əsassızdır: "Maliyyə Nazirliyi və Nazirlər Kabinetinin nə marağı var? Sadəcə, Agentlik yeni yaradıldığına görə müvafiq idarəetmə strukturlarının formalaşmasında müəyyən ləngimələr var. Proses başa çatan kimi bu işlər də görüləcək. Bildiyim qədər, Agentlikdə qrantların ayrılmasına Agentliyin Müşahidə Şurası tərəfindən baxılır. Həmin Şuranın tərkibi dəyişib, ləngimələr də bununla bağlıdır. Yəni problem onlarla bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərindən istifadə etsinlər”. 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri maliyyə nazirinin açıqlamasına münasibət bildiriblər. Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimli deyib ki, nizamnaməyə görə, Agentlik qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi üzrə müsabiqələri Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya müvafiq təşkil etməlidir. Onun sözlərinə görə, bu qaydalar Nazirlər Kabineti tərəfindən hazırlanmalıdır. Həmçinin, qrant müsabiqələrinin təşkili, keçirilməsi, layihələrin qiymətləndirilməsi, əlaqələndirilməsi qaydası, hətta qrant maliyyələşməsinin yuxarı həddinin

 müəyyənləşdirilməsi də Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənməlidir: 

"Agentlik iyul ayında bütün bu məsələlərlə bağlı təkliflərini, daha sonra isə operativ olaraq rəyini təqdim edib. Təəssüf ki, Nazirlər Kabineti sənədlərin hazırlanması üçün müəyyən edilən vaxtda bu işləri başa çatdıra bilməyib. Bu sənədlər qəbul olunmadan Agentliyin qrant müsabiqələri keçirmək hüququ yoxdur. Agentlik məhz bu qaydalar əsasında qrant müsabiqələrini keçirə bilər. Qrant müsabiqələrinin ləngiməsinə görə Agentlik məsuliyyət daşımır. Agentlik bir çox halda digər dövlət qurumları ilə əlaqədar olan məsələlərdə obyektiv çətinlikləri başa düşməyə və təmkinlə yanaşmağa çalışır. Lakin bir çox hallarda adekvat yanaşmanı görmürük və çalışırıq ki, işçi qaydada mövqeləri uzlaşdıraq, problemlərin mahiyyətini izah edək”. 

Problemlə bağlı "Şərq”ə danışan "İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, "QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib ki, 2021-ci dövlət büdcəsində QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı nəzərdə tutulan vəsaitin taleyi, başqa sözlə desək, Agentliyin qrant müsabiqəsi elan etməsi qeyri-müəyyən olaraq qalır. Qurum rəhbəri qeyd edib ki, Prezidentin 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən, 6 milyon 316 min 97 manat vəsait Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılıb.

Şura Katibliyinin "2021-ci il üçün Xərclər Smetasının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 27 fevral 2021-ci il Sərəncamı ilə həmin vəsaitin 4 milyon 395 min 97 manatı layihələrin həyata keçirilməsi üçün QHT-lərə qrant verilməsi üçün nəzərdə tutulub: "Hər il təqribən 500 təşkilat QHT Şurası vasitəsi ilə qrant alırdı. QHT Şurasının ləğv olunması və onun bazasında Agentliyin yaranması müəyyən hüquqi prosedurların yaradılmasını zəruri etdi. Sözsüz, bu da müəyyən vaxt alan prosesdir. 

Lakin bu səbəb heç də ötən 7 ay ərzində dövlət büdcəsində nəzərdə tutulan vəsaitin QHT-lərə təqdim olunmamasına haqq qazandırmır. Şuranın fəaliyyəti dövründə müsabiqələrin elan edilməsi ilə bağlı qərarlar daxili prosedurlarla həyata keçirdi. Lakin Agentlik yaranarkən bununla bağlı müəyyən dəyişiklik edilib. Fərmanın 7.3. maddəsində "qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının iki ay müddətində Prezidentlə razılaşdırmaqla təsdiq edilməsi” nəzərdə tutulur. Bu gün QHT Agentliyinin  müsabiqə elan etməsi üçün həmin meyarların təsdiq olunması vacibdir. Söhbət hesabda vəsaitin olub-olmamasından getmir. Həmin vəsaiti hansı qaydalara uyğun təqdim etməkdən gedir. Bu baxımdan Agentlik məsuliyyəti öz üzərinə götürmür, çünki müsabiqənin elan edilməsi üçün hüquqi baza formalaşmayıb. Bu meyarların hazırlanması və təsdiqi fərmanda Nazirlər Kabinetinin üzərinə qoyulub. Nazirlər Kabineti müvafiq dövlət qurumları ilə bu işi həyata keçirməlidir. Sözün qısası, QHT-lərin taleyi dövlət qurumları arasındakı ötür-ötür prosesindən asılıdır”. 

C.Hüseynzadənin fikrincə, ümumiyyətlə, meyarla bağlı müddəanın tələsik formada fərmana salınması uğurlu variant deyildi: "Çünki bu meyarlarla bağlı da ciddi fikir ayrılıqları ola bilər.

 Keçmiş təcrübə göstərir ki, bu tip qərarların hazırlanması və qəbulunda hər zaman keçikmələr olub. Bütün hallarda hazırkı şərait onu tələb edir ki, bu meyarlar qəbul edildikdən sonra qrant müsabiqəsi elan edilə bilər. Yaxın vaxtlarda həmin meyarların qəbulu və müsabiqənin elan olunmasına inamım azdır. Amma bu, o demək deyil ki, çıxış yolu yoxdur. Çıxış yolu hər zaman var. Müxtəlif mexanizmlərlə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulan vəsaiti QHT-lərə təqdim etmək olar. Bu vəsaitə QHT-lərin ehtiyacı var. Xeyli saytda ictimai birliklər sonuncu dəfə 2020-ci ildə maliyyə əldə edə biliblər və bir ildən artıq müddətdə ciddi çətinliklərlə üzləşiblər. Bu qrantlar QHT-lərin minimum öhdəliklərini həyata keçirmək üçün dövlət tərəfindən mühüm töhfə idi. Eyni zamanda problemin başqa tərəfi də var. Vəsaitin ayrılmaması Azərbaycanda QHT-lərin maliyyə imkanlarının azalması kimi beynəlxalq reytinqlərdə mənfi hal kimi xarakterizə olunacaq”.

Oxşar xəbərlər

Xəbər lenti
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
2026-10-13
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
2026-10-13
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
2026-10-13
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
2026-10-13
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
2026-10-13
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
2026-10-13
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
2026-10-13
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
2026-10-13
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-13
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-13
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
2026-10-12
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
2026-10-12
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
2026-10-12
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
2026-10-12
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
2026-10-12
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
2026-10-12
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-12
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-12
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08

2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06