Sahil Babayev koronavirusa yoluxub - ÖZƏL
Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) naziri Sahil Babayev koronavirusa yoluxub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hazırda nazirin vəziyyəti normaldır və o, müalicəsini ev şəraitində davam etdirir.
Bu səbəbdən də Sahil Babayev bir müddətdir ki, işə çıxmır. Verilən məlumata görə, dünən Milli Məclisin plenar iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində çıxışı gözlənilən naziri xəstəlik səbəbilə müavini Anar Kərimov əvəz edib.
Məsələ ilə bağlı ƏƏSMN-nin mətbuat katibi Fazil Talıblı ilə əlaqə saxladıq. O, nazir Sahil Babayevin koronavirusa yoluxması xəbərini nə təkzib, nə də təsdiq etdi. Əvəzində məsələ ilı bağlı rəsmi soğu göndərməyimizi xahiş etdi. Nazirliyin rəsmi cavabını və Sahil Babayevin son vəziyyəti ilə bağlı xəbər gözləyirik.