Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
SİYASƏT
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
SİYASƏT
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
SİYASƏT
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
SİYASƏT
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
SİYASƏT
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
SİYASƏT
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
SİYASƏT
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə

Azərbaycanda “endirim”dən əvvəlki bahalaşma - İstehlakçıların “QARA” gələn “CÜMƏ”si

2021-11-26 09:40:22 225 baxış
Xəbər şəkil

“Qara cümə” - Amerikada “Şükran Günü”ndən sonrakı ilk cümə günü məhz belə adlanır. 1932-ci ildən bəri insanlar həmin günü Yeni il üçün alış-veriş mövsümünün başlanğıcı olaraq qəbul edirlər. Bu gündə mağazalar insanlara qapılarını çox erkən açır və gec saatda bağlayır, həmçinin gözlənilməyən endirimlər həyata keçirirlər. “Black Friday” rəsmi olaraq qeyri-iş günü hesab edilmir. Kanada və İngiltərədə də “Black Friday” günü qeyd edilir və Amazon kimi onlayn alış-veriş saytları da endirimli satışlar həyata keçirirlər.

Bu alış-veriş günü ilk dəfə 1961-ci ildə qəzetlərdə Black Friday olaraq işıqlandırılıb. Belə ki, həmin gün Filadelfiyada alış-veriş səbəbi ilə yaranan tıxac və sıxlıq hətta insanların xəsarət alması ilə nəticələnib.

Bu dəfə isə “Qara cümə” 25 noyabra təsadüf edib.

“Qara cümə” adı ilə tanınan bu endirim kampaniyaları son illər Azərbaycanda da dəbə minib. Amma necə?

Azərbaycanda öncədən qiymətlər yüksək olur

Bu barədə Modern.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əslində Azərbaycandakı “Qara cümə” ilə dünyadakı “Qara cümə” bir-birindən ciddi şəkildə fərqlənir:

“Ona görə ki, dünyanın brend mağazaları Azərbaycanda birbaşa təmsil olunmur, müqavilə əsasında yerli təmsilçilərlə işləyirlər. Onlar məhsulları sərhəddə təhvil verir və ölkə daxilindəki vergi, qiymət siyasətinə, digər məsələlərə qarışmırlar. Dünyada məşhur brendlərin, hətta qonşu ölkələrdə, Gürcüstanda, Ukraynada olan qiymət siyasəti ilə Azərbaycandakı qiymət siyasəti kəskin fərqlənir. Çünki ölkədə xarici brendlərin bazarda birbaşa fəaliyyəti təssüf ki, mümkün deyil. Onlar yerli nümayəndəlik vasitəsilə bazarda iştirak edirlər. Ona görə də Avropa və dünyada baş verən qiymət siyasəti Azərbaycanda görünmür”.

Ekspert dünyada əhalinin böyük bir qisminin ehtiyaclarını ödəmək üçün bir il ərzində “Qara cümə” endrimini gözlədiklərini qeyd edib:

“Bizdə belə deyil. Azərbaycanda çox vaxt qiymətlər yüksək olur. Sonra “Qara cümə” adı ilə müəyyən miqdarda endirirlər. Yəni, endirim elə satış qiymətinə yaxın olur. Hansı qiymətə satmaq istəyirdilərsə, sonda məhsulun qiymətini yenə də o məbləğə təklif edirlər. Yəni, bizdəki mexanizimlə dünyadakı mexanizm arasında ciddi fərq var”.

N.Cəfərli dünyada “Qara cümə” endirimlərinin fərqli faizlərlə təqdim olunduğunu bildirib:

“Bəzi Amerika şirkətləri var ki, 80 faiz endirimə gedir. Ona görə də insanlar bir il ərzində bu kampaniyanı gözləyirlər ki, həmin məhsulu alsınlar. Burada məntiq fərqlidir. Bir il ərzində hansısa şirkətin dövriyyəsi olur. Artıq bazara yeni məhsul çıxartmalıdır. Amma anbarlarında köhnə dəblə olan geyim, köhnə texnologiya ilə olan məişət əşyası qalır. Bir il ərzində qazanan şirkət “Qara cümə”dən istifadə edərək anbarlarını boşaldır və yeni texnologiya, dəbli məhsulların istehsalına başlayır. Bizim şirkətlərin məntiqi budur. Azərbaycanda istehsal yoxdur və birbaşa nümayəndəlik də olmadığına görə, o məntiq bizdə çalışmır”.

İstehlakçılar endirim zamanı aldıqları məhsulu 14 gün ərzində qaytara bilər

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Qara cümə” endirimlərini dünyada biznes qurumların istehlakçıları dükanın qapısından içəri salmaq fəndi kimi dəyərləndirib:

“Çünki dükanın qapısından içəri girəndə istehlakçı böyük ehtimalla nəsə alır. Məhsullarda 60-70 faiz endirim ola bilər. Ola bilər ki, firma iflas edib məhsulunu ucuz qiymətə satır və.s Lakin ümumilikdə götürəndə görürük ki, çox vaxt saxta mallar, vaxtı keçmiş, yararsız məhsullar dünyada endirim kampaniyalarında istehlakçılara sırınır. Azərbaycanda isə bunun daha pis forması tətbiq olunur. Belə ki, istehlakçı bəzən endirim kampaniyasında məhsul alandan sonra onun təlabatını ödəmirsə, dəyişə və ya qaytara bilmir. Deyirlər ki, sən məhsulu endirim zamanı almısan. Bu, qanuna ziddir. Endirim zamanı aldıqları məhsul təlabatlarını ödəməzsə, istehlakçılar onu 14 gün ərzində istifadə olunmamaq şərti və kassa çeki ilə birgə qaytara bilər. Təəssüf ki, endirimlər zamanı istehlakçıların bu hüquqi çox pozulur. Demək olar ki, təmin edilmir”.

E.Hüseynov Azərbaycanda “Qara cümə” kampaniyasına qoşulan dükanlar şəbəkəsinin əksəriyyətinin xarici ölkələrdə oturan böyük brend mağazalardan edildiyini bildirib:

“Yerli istehsalçılar bir qayda olaraq bunu etmirlər. Bu cür endirim kampaniyalarında istehlakçı hüquqları pozulur. Xüsusən bu hal məişət əşyaları alan zaman daha çox müşahidə olunur. Mağazalarda nasaz, təmirdən çıxmış, qaytarılmış məhsullar yenidən satılır. Bu zaman istehlakçılar mağaza sahibi ilə problem yaşayırlar. İstehlakçılar endirim kampaniyalarında məhsul alanda tələsməməlidirlər. Məhsulun bütün xüsusiyyətini yoxlasınlar. Nazirlər Kabinetinin 94 saylı qərarına gör,  malların üzərində rəsmi şəxsin imzası və ya möhrü olmaqla məhsulun əvvəlki və sonrakı qiyməti qeyd olunmalıdır. Azərbaycanda görürük ki, sadəcə bir qiymət yazılır və üzərindən xətt çəkilərək yeni qiymət qeyd olunur. İstehlakçının hüququ var ki, məhsul əvvəlki və sonrakı qiymətini göstərən rəsmi sənəd tələb etsin. Satıcı bunu göstərməyə borcludur”.

E.Hüseynov hüquqları pozulan istehlakçılara çıxış yolu da göstərib:

“İstehlakçının hüququ pozularsa, onlar hüquqlarını qoruyan dövlət orqanının 195-2 nömrələri ilə İqtisadiyyat Nazirliyinə və ya Azad İstehlakçılar Birliyinə yazılı ərizə ilə məlumat verməlidirlər.

“İstehlakçıların hüquqlarının Müdafiəsi haqqında qanunun 26-cı maddəsinə görə, əgər məhkəmə iddiaları qaldırılarsa, istehlakçılar məhkəmə rüsümunu ödəməkdən azaddılar”.

AİB sədrinin sözlərinə görə, hər il çox sayda istehlakçı “Qara cümə”dən sonra onlara müraciət edir:

“Çox təəssüf olsun ki, ölkədə bir neçə mağaza şəbəkəsini birləşdirən qrup dövlət orqanı qarışmayanda istehlakçının heç bir hüququnu tanımır”.

Oxşar xəbərlər

Xəbər lenti
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
2026-10-14
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
2026-10-13
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
2026-10-13
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
2026-10-13
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
2026-10-13
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
2026-10-13
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
2026-10-13
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
2026-10-13
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
2026-10-13
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-13
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-13
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
2026-10-12
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
2026-10-12
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
2026-10-12
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
2026-10-12
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
2026-10-12
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
2026-10-12
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-12
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-12
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08

2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06