SALYAN RAYONUNDA YAŞAYAN İSTEHLAKÇILARIN NƏZƏRİNƏ !
Salyan rayonu üzrə istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə, “Təzəkənd” ölçü qovşağı üzərində quraşdırılmış, diametri 530 mm olan kollektoru qidalandıran orta təziqli qaz kəmərinin üzərində quraşdırılmış RDUK-200 tipli qaz tənzimləyici qurğunun giriş və çıxışında siyirtmələrin yenisi ilə əvəzlənməsi məqsədilə, 01.12.2021-ci il saat 11:00-dan işlər yekunlaşana qədər, ümumilikdə 3760 abonenti olan 12 kəndin - Bəşirbəyli, Pambıqkənd, Çadırlı, Qaraçala, Düzənlik, Peyk, Arxarası Kolanı, Uluxanlı, Yolüstü, Kərimbəyli , Varlı 1, Varlı 2 kəndlərinin qaz təchizatı “Təzəkənd” ölçü qovşağından dayandırılacaqdır.
QAZ VERİLİŞİNİN DAYANDIRILDIĞI MÜDDƏT ƏRZİNDƏ QAZ AVADANLIQLARINI NƏZARƏTDƏ SAXLAMAĞINIZI VƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNƏ RİAYƏT ETMƏYİNİZİ SİZDƏN XAHİŞ EDİRİK.