Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
SİYASƏT
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
SİYASƏT
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
SİYASƏT
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
SİYASƏT
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
SİYASƏT
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
SİYASƏT
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
SİYASƏT
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
SİYASƏT
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
SİYASƏT
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
SİYASƏT
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi

BMU-da Daxili İşlər Nazirliyi ilə birgə maarifləndirici tədbir keçirilib

2021-12-08 18:24:20 342 baxış
Xəbər şəkil

 

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) ilə birgə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

BMU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Bayram Hüseynzadə görüşün əhəmiyyətindən bəhs edib, narkomaniyanın müasir dövrümüzün ağrılı və acınacaqlı problemlərindən biri olduğunu söyləyib. Dünyanın bir çox ölkələrində narkomaniyaya qarşı mübarizənin dövlət səviyyəsində aparılmadığını bildirən prorektor Azərbaycanda bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Bildirib ki, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı il 26 avqust tarixli Fərman imzalanıb. Narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman dövlərin diqqət mərkəzində dayandığını deyən prorektor ölkəmizdə bu sosial bəla ilə mübarizə məqsədilə Prezident cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın uğurla icra olunduğunu nəzərə çatdırıb.

Prorektor çıxışında narkotik vasitələrin insan həyatına, orqanizminə göstərdiyi mənfi təsirlər barədə danışıb, gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa səsləyib.

DİN-in şöbə rəisi, polis mayoru Elşad Hacıyev görüşün olduqca aktual mövzuya həsr edildiyini vurğulayıb. Narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, onun fəsadları barədə geniş məlumat verən nazirlik rəsmisi narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacib olduğunu bildirib.

Şöbə rəisi ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini nəzərə çatdırıb. Müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması yönündə məqsədyönlü iş aparıldığını deyən E.Hacıyev qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirlərinə toxunub. İctimai maarifləndirmə işlərinin əhatəsinin daha da genişləndirildiyini fikirlərinə əlavə edən şöbə rəisi çıxışının sonunda tələbələri ehtiyatlı olmağa çağırıb, bəşəriyyətin ən ağrılı problemlərindən olan, ciddi təhlükə mənbəyinə çevrilən narkomaniyanın  sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükə daşıdığını vurğulayıb və öz tövsiyələrini verib.

Abşeron rayonu Narkotiklə mübarizə bölməsinin baş müvəkkili, polis mayoru İbrahim Məmmədov gənclər arasında narkotik maddələrin yayılmasında vasitəçilik edənlərin, ondan istifadə və alqı-satqı ilə məşğul olanların araşdırılıb, cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək məqsədilə həyata keçirilən işlərdən bəhs edib. Narkotik maddələrin qəbuluna aludə olmuş gənclərin sağlam həyat tərzinə qaytarılması məqsədi ilə onların müalicə olunmaları üçün müvafiq qurumlarla birgə səylərin göstərildiyini deyən İ.Məmmədov bu istiqamətdə Abşeron rayonunda görülən işləri vurğulayıb.  

BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) idarə heyətinin üzvü, Pedaqoji fakültənin III kurs tələbəsi Vüsalə İmamquliyeva çıxışında narkomaniya ilə mübarizədə gənclərin rolundan danışıb.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Sonda narkomaniyanın zərərlərindən bəhs edən “Narkomaniyaya yox deyək” adlı videoçarx nümayiş olunub.





Oxşar xəbərlər


Xəbər lenti
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
2026-10-15
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
2026-10-15
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
2026-10-15
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
2026-10-15
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
2026-10-14
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
2026-10-13
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
2026-10-13
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
2026-10-13
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
2026-10-13
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
2026-10-13
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
2026-10-13
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
2026-10-13
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
2026-10-13
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-13
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-13
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
2026-10-12
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
2026-10-12
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
2026-10-12
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
2026-10-12
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
2026-10-12
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
2026-10-12
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-12
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-12
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09