Beyləqanda narkomaniya əleyhinə tədbirlər davam etdirilir
Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2-ci Şahsevən kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Rüstəm Cəfərov narkomaniyanın törətdiyi fəsadlar, cəmiyyətə vurduğu zərər, insan talelərinə faciəvi təsirləri haqda dinləyicilərə geniş məlumat verib. Narkotiklərlə mübarizə sahəsində ölkədə aparılan işlər barədə söhbət açılıb, daxili işlər orqanları əməkdaşları tərəfindən bu istiqamətdə görülən məqsədyönlü tədbirlər, onların nəticələri barədə danışılıb.
Daha sonra çıxış edənlər narkotiklərin hər bir cəmiyyətin gələcəyi üçün çox böyük təhlükə doğurduğunu qeyd edib, bu fəlakətli nəticələrin aradan qaldırılması üçün bütün cəmiyyətin birgə səylərinin uzlaşdırılmasının tələb olunduğunu diqqətə çatdırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.