Neftçala rayonunda "Gender əsaslı Zorakılıqla mübarizə" aid kompaniyaya start verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə aid 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”-na uyğun olaraq "Gender əsaslı Zorakılıqla mübarizə" aid kompaniyaya start verilib.
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kompaniya Samid İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbində keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin, Neftçala Rayon Mərkəzi Xəsətəxanası Publik Hüquqi şəxsin, Qadın Resurs Mərkəzinin məsul şəxsləri və məktəblilər iştirak edib.
Tədbirdə çıxış edənlər məişət zorakılığının, erkən nigahın mənfi nəticələrindən, sağlam gənc nəslin yaranması üçün təhsilin vacibliyindən danışılıb və gənclərə hər zaman qeyd olunan məsələlərdə dəstək olunmasından danışılıb.
Tədbirdən sonra məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib və “Həyat varsa- Erkən nigah” adlı film izlənilib.