Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 

Karantin günlərində polislərin gərgin iş rejimi - FOTOREPORTAJ

2020-07-27 13:15:27 164 baxış
Xəbər şəkil

Azərbaycanda karantin rejimi elan olunan ilk gündən iş qrafiki mürəkkəbləşən peşə sahiblərindən biri də hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Gücləndirilmiş iş rejiminə keçən polis eyni zamanda müxtəlif istiqamətlərdə fəaliyyət göstərmək məcburiyyəti qarşısında qalıb. Hüquq qaydalarının qorunmasından, kriminogen duruma nəzarət edilməsindən, cinayət işlərinin araşdırılmasından, ictimai asayişin və təhlükəsizliyin mühafizəsindən əlavə, polisin üzərinə karantin rejiminin icra olunmasına nəzarət də qoyuldu. Vətəndaşlara karantin rejiminin qaydalarını aşılamaq, onlarla maarifləndirici söhbətlər aparmaq polisin yeni vəzifələrindən biri oldu. Bəs polislər insanlarla ünsiyyətdə özlərini necə aparmalıdır, onlara bu haqda nə kimi təlimatlar verilir?

Sübh tezdən Oxu.Az-ın əməkdaşları paytaxtın Nərimanov rayonunun polis idarəsinə üz tutdu.

Səhər düzülüşündə idarənin şəxsi heyəti ilə bərabər, Daxili Qoşunların və FHN-nin ezam olunmuş əməkdaşları da sıralanmışdı. İdarənin rəis müavini, polis polkovniki Habil Əliyev şəxsi heyət qarşısında çıxışı zamanı bir sıra məqamlara toxundu.

Bu gün polisdə nizam-intizama və təlim-tərbiyə işlərinə də böyük diqqət yetirilir. Yüksək rütbəli rəislər şəxsi heyətə vətəndaşlarla ünsiyyətdə intizam qaydalarına riayət etməyin vacibliyini aşılayırlar, onlardan qaydalara, daxili nizamnaməyə riayət etmək və təlimatlara uyğun hərəkət etməyi tələb edirlər.

Pandemiya dövründə insanlar özünütəcrid vəziyyətində yaşayırlar, alışmadıqları müəyyən sıxıntılara məruz qalırlar, evdən nadir hallarda, sms-icazə ilə çıxırlar, isti hava şəraitində qoruyucu maska taxmağa məcburdurlar və bütün bunlar onların mənəvi-psixoloji durumuna təsirsiz ötüşmür. Bu gərgin dövrdə vətəndaşların ciddi streslə üzləşdiyi də polis əməkdaşlarının nəzərinə çatdırılır.

Təlimatdan sonra polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birlikdə patrullara bölünüb küçələrə çıxırlar. Qeyd etmək lazımdır ki, polislərə kömək edən hərbçilərin heyəti MAXE-lərdən (müddətdən artıq xidmət edən hərbçilər) və zabitlərdən ibarətdir, yəni sıravi əsgərlər patrula cəlb olunmur.

Hər bir patrul müəyyən əraziyə nəzarət edir. Əməkdaşlar vətəndaşların evlərini tərk etmək icazəsinin olub-olmamasını yoxlayır. Bu zaman xüsusi vasitələr, elektron cihazlar və tətbiqlər onların köməyinə gəlir.  

Polisin əsas nəzarət yetirdiyi insanların sıx toplaşdığı yerlərdə, mağazalarda, ictimai nəqliyyatda, avtobus dayanacaqlarında, bankomatların, imtahan keçirilən məktəblərin qarşısında sosial məsafəyə riayət olunması və fərdi qoruyucu vasitələrdən istifadə təkidlə tələb olunur.

Bizi müşayiət edən polis kapitanı Elçin Mirzəli bildirir ki, əvvəlki vaxtdan fərqli olaraq, insanlar operativ qərargahın tətbiq etdiyi qaydalara daha çox riayət edirlər.

“İnsanlar sanki ayılıb. Vətəndaşların 90%-i, demək olar ki, qaydalara riayət edir. Təəssüflər olsun ki, bu, sərtləşdirilmiş rejimin son dönəminə təsadüf etdi”.

Vətəndaşlar qaydalara riayət etməklə yanaşı, polislərin işini də anlayışla qarşılayırlar. İş yerlərinə tələsdiklərinə baxmayaraq, polis əməkdaşlarının tələbi ilə ayaq saxlayır, icazələrini, sənədlərini təqdim edirlər.

“Yoxlamalara müsbət yanaşıram. Bu istilərdə nümunəvi xidmət aparan polislərə də minnətdarıq”, “Bu qaydalar təkcə Azərbaycanda deyil, bütün dünyada tətbiq edilir”, “Düşünürəm ki, hələ müəyyən müddət maska taxılmalıdır, digər qaydalara riayət edilməlidir”, - bu kimi oxşar ifadələri qısa reydimiz zamanı dindirdiyimiz vətəndaşlardan eşitdik. İnsanların əsas istəyi isə pandemiyanın bitməsi, ölkəmizin bu bəladan tezliklə yaxa qurtarmasıdır.

Oxşar xəbərlər

Xəbər lenti
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22

2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21