“Azəriqaz” İB-nin Qadın və İnkişaf Şurasının növbəti qadınlarla regionlarda görüşü Tərtər Rqii-də baş tutub.
“Azəriqaz” İB-nin
Qadın və İnkişaf Şurasının növbəti qadınlarla regionlarda görüşü Tərtər Rqii-də baş tutub.Tərtər Rqii-nin rəisi Azər Abasov Qadın və İnkişaf Şurasının yaranması təşəbbüsünə dəstək verdiyi üçün Birliyin baş direktoru Ruslan Əliyevə təşəkkürünü bildirib.
Azər Abasov bu günki dövrümüzdə Azərbaycan qadınının cəmiyyətdəki rolundan,
zərif cinsin nümayəndələrinin ana olmaqla yanaşı ,dövlət idarəçiliyində,diplomatiya aləmində ,iş dünyasında və müxtəlif sferalarda öz sözünü deməsindən danışıb. Şuranın istedadlı xanımların əmək fəaliyyətinin stimullaşdırılması baxımından olduqca faydalı olacağına əmin olduğunu deyib, xüsusilə müharibə zamanı cəbhəyani rayonların qadınlarına mühüm rola malik olacağını qeyd edib.
Görüş çərçivəsində Şura tərəfindən qadın əməkdaşlarla fəaliyyətin tənzimlənməsi məqsədi ilə Tərtər Rqii -nə təyin olunmuş Şəbnəm Həmidovanın təqdimatı da reallaşıb.
Kanal4.az
Emin Xuduyev.
