Millət vəkili İntizam yusifov dünya azərbaycanlılarını təbrik etdi
31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il Bayramı münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirəm!
Həmrəylik, birlik millətin uğurun əsas simvollarından biridir. 44 günlük Vətən Müharibəsində əldə olunan Qələbənin təməlində Müzəffər Ordumuzun rəşadəti, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin qətiyyəti və bir də həmrəyliyimiz dayanırdı. Bəli bu həmrəylik bizə qürurumuzu qaytardı. Dünyaya səs salan Şanlı Zəfərimizlə həmrəyliyimizin sarsılmaz olduğu bir daha sübut olundu.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birliyimiz sarsılmazdır! Birliyimiz əbədidir!
Qarşıdan gələn 2022-ci il hər biriniz üçün düşərli olsun!
Dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyon Azərbaycanlıların vətəni Azərbaycanımıza əminəmanlıq, inkişaf və yeni qələbələr arzu edirəm.
Bayramınız mübarək əziz həmvətənlər!
Milli Məclisin Deputatı İntizam Yusifov.