"Azəriqaz" daha bir şəhid ailə üzvini işlə təmin edib - VİDEO
Kanal4.az bu barədə “Azəriqaz”a istinadən xəbər verir
Hərbçilər, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır. Çünki torpaqları işğal olunmuş bir ölkənin ərazi bütövlüyünü qoruyanlar və haqq savaşını verənlər onlardır: düşmənlə ağır döyüşə girir; Vətənin azadlığı üçün şəhidlik zirvəsinə yüksəlir; torpaqları geri qaytarmaq naminə sağlamlıqlarından keçib əlil olurlar.
Dövlət öz növbəsində ölkənin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən şəhid, yaxud əlil olmuş insanlara layiqli yanaşma nümayiş etdirir. Özü də ayrı-seçkilik qoymadan: həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərmək prinsipini qoruyub saxlayır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi,gücləndirilməsi diqqət mərkəzindədi.Ölkə rəhbərinə öz sadiqliyi ilə seçilən Azəriqaz İB rəhbəri Ruslan əliyev Şəhid ailələrini diqqət mərkəzində saxlayır,mərhələli şəkildə işlə təmin edir.