Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
SİYASƏT
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
SİYASƏT
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
SİYASƏT
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
SİYASƏT
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
SİYASƏT
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
SİYASƏT
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
SİYASƏT
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
SİYASƏT
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
SİYASƏT
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
SİYASƏT
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi

Bu gündən artırılan rüsumların – Siyahısı

2022-01-01 20:16:38 216 baxış
Xəbər şəkil

 

Bu gündən “Dövlət rüsumu haqqında” qanunda bir çox maddələr üzrə rüsum dərəcələrinə edilən dəyişikliklər qüvvəyə minir.

Dəyişikliyə əsasən nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata; nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılır.

Bundan əlavə soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün rüsum 10 manatdan 15 manata;

– Xarici pasportları 10 iş günündə almaq üçün rüsum 40 manatdan 60 manata, 5 iş günündə almaq üçün 80 manatdan 120 manata, bir iş günü ərzində almağa görə rüsum 160 manatdan 210 manata;

– Sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata artırılır.

Digər dəyişikliklər isə aşağıdakı kimidir:

Maşınların qeydiyyata alınmasına görə

– 2000 kubsantimetrədək olduqda – mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;

– 3000 kubsantimetrədək olduqda – 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;

– 4000 kubsantimetrədək olduqda – 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;

– 5000 kubsantimetrədək olduqda – 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;

– 5000 kubsantimetrdən çox olduqda – 1500 manat.

– İpoteka müqaviləsinin təsdiqi üçün dövlət rüsumu Bakı şəhərində 110 manatdan 150 manata, digər şəhər və rayonlarda 44 manatdan 50 manata qaldırılır.

– Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrə görə dövlət rüsumu 110 manatdan 200 manata qaldırılır.

– Baytarlıq pasportunun verilməsinə (bir sənədə) görə 20 manat dövlət rüsumu tutulacaq.

– Tikintinin layihəsinin qeydiyyatdan keçirilməsi üçün ödənilən rüsum 60 manatdan 90 manata qaldırılır.

– Mal və quş əti, balıq, yumurta, süd və bal üçün yeni dövlət rüsumları müəyyən edilir.

– Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata;

– xidməti silahın əldə edilməsinə icazənin verilməsinin ilkin qeydiyyatına görə rüsum 10 manatdan 20 manata;

– təkrar qeydiyyata görə isə 5 manatdan 10 manata;

– Gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata;

– Mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə görə 20 manat dövlət rüsumu tutulacaq.

– Tikinti obyektinin istismarına icazənin verilməsi üçün 60 manat rüsum tutulacaq.

– Bank, birja və xarici hüquqi şəxslərin filialının qeydiyyatı üçün rüsum 220 manatdan 300 manata qaldırılır.

– İdman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə 2500 manat dövlət rüsumu tutulacaq.

– Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə üçün 50 manat rüsum tutulacaq.

– Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün rüsum 20 manat

– Qeydiyyat üçün müraciət olunan tarixə  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar üçün rüsum 20 manat

– zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması 1 məmulat üçün 2 manatdan 3 manata, qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizası (1 ədəd üçün) 2 manatdan 3 manata,

– qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsi (hər bir daş üçün) – 20  qəpikdən 50 qəpiyə,

– qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsi (1 ədəd üçün) – 6 manatdan 10 manata, ad damğasının ilk dəfə qeydiyyata alınması üçün  rüsum 4 manatdan 10 manata;

– Daşınmaz əmlaka görə çıxarışın alınmasına görə 30 manatdan 50 manata, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi – 50 manatdan 75 manata qaldırılır.

– Mövsümi ticarət yerlərinə görə Bakı şəhəri üzrə rüsumlar 60 manatdan 90 manata;

– Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 20 manatdan 30 manata;

– Digər regionlar üzrə isə 10 manatdan 15 manata;

– malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə tutulan dövlət rüsumu 20 manatdan 30 manata

– dənizçilik sahəsində dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamənin verilməsi 50 manatdan 65 manata;

– Əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı 20 manatdan 30 manata;

– Seleksiya nailiyyətinə sifarişin verilməsi və onun ilkin ekspertizası üçün 10 manatdan 20 manata;

– Patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün – 20 manatdan  30 manata qaldırılır.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, yanvarın 1-dən Azərbaycanda qumar oynayanlar 5 min manat cərimə ediləcək.

Belə ki, qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.

Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletlə bərabər tutulan digər iştirak hüququnun) satışı, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, bu gündən qumar oyunlarının təşkili və keçirilməsi cinayət məsuliyyəti yaradacaq.





Oxşar xəbərlər


Xəbər lenti
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
2026-10-15
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
2026-10-15
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
2026-10-15
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
2026-10-15
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
2026-10-14
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
2026-10-13
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
2026-10-13
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
2026-10-13
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
2026-10-13
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
2026-10-13
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
2026-10-13
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
2026-10-13
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
2026-10-13
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-13
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-13
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
2026-10-12
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
2026-10-12
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
2026-10-12
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
2026-10-12
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
2026-10-12
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
2026-10-12
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-12
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-12
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09