Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
SİYASƏT
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
SİYASƏT
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
SİYASƏT
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
SİYASƏT
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
SİYASƏT
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
SİYASƏT
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
SİYASƏT
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
SİYASƏT
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
SİYASƏT
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
SİYASƏT
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi

Müharibə qaziləri və şəhid ailələrinin üzvləri elektrik arabalarla təmin edildi-FOTO

2022-01-04 18:11:50 289 baxış
Xəbər şəkil

 

Müharibə qaziləri və şəhid ailələrinin üzvləri elektrik arabalarla təmin edildi.

 

Qanunla.Az xəbər verir ki,bu gün Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevin, millət vəkilləri Etibar Əliyevin, Cavid Osmanovun, Jalə Əhmədovanın, Vüqar İskəndərovun, Əziz Ələkbərlinin, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun, ilahiyyatçı alim Hacı Şahin Həsənlinin, şəhid ailələrinin, qazilərin, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə sağlamlıq imkanları məhdud olan qazi və şəhid ailələrinə arabaların paylanması ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatındakı büstü önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü uğunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və söz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova verilib.
Çıxışında qazilərimizə göstərdiyi dəstəyə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına öz təşəkkürünü bildirən Cəlil Xəlilov qonaqları salamlayaraq, ölkəmizdə şəhid ailələri və qazilərə yüksək qayğı göstərildiyini bildirib.
Çıxış edən İlhan Aşkın öncə rəhbəri olduğu  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin fəaliyyəti haqqında qısa məlumat verib, adıçəkilən qurumun uzun illərdir ki, Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olduğunu bildirib. 44 günlük Vətən müharibəsində onların da Avropada anti-Azərbaycan qüvvələrinə qarşı informasiya müstəvisində müharibə apardığını bildirib. İlhan Aşkın, bu çətin və məsuliyyətli işdə bizə kömək olan və arabaların ölkəmizə çatmasını təmin edən Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə, eləcə də işdə əməyi olan hər kəsə – “KROS Medical”a, “Yardım Yolumuz”a, “Qırmızı ürəklər” Xeyriyyə Fonduna və VITTA şirkətinə dərin minnətdarlığımızı bildiririk.
Daha sonra çıxış edən  Milli Məclisin vitse-spikeri Adil Əliyev də çıxışında  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi yüksək hünər və şücaət nəticəsində tarixi torpaqlarımız düşmən işğalından birdəfəlik azad etməsini qeyd edərək, bu gün üçrəngli bayrağımızın Vətən göylərində böyük məğrurluqla dalğalanmasını bildirmişdir. Prezident və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə çox yüksək səviyyədə diqqət və qayğı göstərilir, mənzillə və avtomobillə təqdim edilməsini, habelə digər ehtiyaclarının həlli istiqamətində genişmiqyaslı addımlar atılmasını qonaqların diqqətinə çatdırmışdır. Eyni zamanda qazilərimizə, şəhidlərimizin bizə əmanəti olan ailələrinə ehtiram göstərmək hər birimizin borcu olmasını, “Qürbətdən Qarabağa” şüarı altında başlanmış layihə çərcivəsində ehtiyacı olan qazilərimizə və şəhid ailələrinə verilməsi məqsədilə Milli Məclisin Gənclər və İdman Komitəsinin köməkliyi ilə Niderlandda fəaliyyət göstərən “Azərbaycan-Türk mədəniyyət dərnəyi” və “Kros medical” tərəfindən ölkəmizə 80 ədəd elektron və 20 ədəd mexaniki əlil arabaları gətirilməsini qeyd etmişdir. Belə nəcib təşəbbüsünə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına təşəkkür edərək onun hələ 44 günlük Vətən müharibəsindən öncə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər gördüyünü vurğulamışdır.
Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbərinin bu gün də Azərbaycan maraqlarının müdafiəsində yaxından iştirak etdiyini bildirən Sədr müavini eləcə də Şəhid ailələri və qazilərə qayğı göstərmək hər kəsin vicdan və vətəndaşlıq borcu olmasını diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən İlahiyyatçı alim Hacı Şahin Həsənli Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinə minnətdarlığını bildirərək, şəhid ailələrinə və qazilərə köməyin həm mənəvi, həm də dini baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Qazi Akif Zeynallı öz çıxışında Vətən müharibəsi zamanı öz qəhrəman dostları ilə bərabər üzərlərinə qoyulmuş döyüş tapşırığının öhdəsindən layiqincə gəldiklərini və bu yolda öz dostlarının arasında şəhidlərin və qazilərin olmasını qeyd edərək, Vətənə canlarının fəda olduğunu bildirdilər.
Arabalar qazilərə və şəhid ailələrinin üzvlərinə paylanmış, sonda xatirə şəkili çəkilmişdir. Tədbirdə iştirak edən qazilər və şəhid ailələri dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını, göstərilən yüksək diqqətə görə ölkə başçısına və Birinci xanım Mehriban Əliyevaya, habelə belə nəcib təşəbbüsə görə bu işdə əməyi olan hər kəsə minnətdar olduqlarını qeyd etmişlər.
Tədbirin sonunda bir sıra ictimai-siyasi fəallar Niderland Azərbaycan-Türk Mədəniyət Dərnəyi tərəfindən təltif edilib.

image-img-20220104-wa0004image-img-20220104-wa0007image-img-20220104-wa0006image-img-20220104-wa0009image-img-20220104-wa0008image-img-20220104-wa0005image-img-20220104-wa0010image-img-20220104-wa0011image-img-20220104-wa0012image-img-20220104-wa0013image-img-20220104-wa0014image-img-20220104-wa0015image-img-20220104-wa0017image-img-20220104-wa0016

 





Oxşar xəbərlər


Xəbər lenti
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
2026-10-15
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
2026-10-15
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
2026-10-15
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
2026-10-15
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
2026-10-14
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
2026-10-13
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
2026-10-13
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
2026-10-13
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
2026-10-13
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
2026-10-13
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
2026-10-13
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
2026-10-13
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
2026-10-13
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-13
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-13
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
2026-10-12
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
2026-10-12
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
2026-10-12
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
2026-10-12
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
2026-10-12
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
2026-10-12
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-12
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-12
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09