Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
SİYASƏT
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
SİYASƏT
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
SİYASƏT
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
SİYASƏT
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
SİYASƏT
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
SİYASƏT
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
SİYASƏT
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
SİYASƏT
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
SİYASƏT
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
SİYASƏT
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi

Zaxarovanın Laçın dəhlizinə dair sözləri narazılıq yaratdı

2022-01-22 07:41:37 169 baxış
Xəbər şəkil

 

Rusiya rəsmiləri Azərbaycanı Qubadlıda tətbiq etdiyi NBM-ləri Laçında təkrarlamasına çalışır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Azərbaycan Laçın dəhlizindən iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir, xarici vətəndaşlar və beynəlxalq təşkilatlar da daxil olmaqla sülməramlı fəaliyyətin həyata keçirilməsi zonasına səfərlərin qaydasını rus sülhməramlı kontingentinin komandanlığı müəyyənləşdirib, bu, Azərbaycan və erməni tərəflərinə yaxşı məlumdur” bəyanatı, Azərbaycan ilə Rusiya arasında mövcud olan əlaqələrə zərər yetirmək məqsədilə səsləndirilib və bu, ilk dəfə deyil ki, baş verir. Xatırlayırsınızsa,  Mariya Zaxarova keçən ilin avqustun 19-da keçirdiyi brifinqdə növbəti dəfə Rusiyanın Azərbaycan ilə Ermənistan arasında başa çatan münaqişəni nizamlanmaq əvəzinə İrəvana silah tədarük etməsinə aid suala verdiyi “Silah tədarükü Rusiyanın suveren hüququdur” cavabı rəhmətlik ATƏT-in həmsədri və Qarabağda sülhün təminatçısı qismində Birgə Bəyanatı imzalayan Rusiyanın rəsmisinin məsuliyyətsiz bəyanatı kimi dəyərləndirilmişdi.

M.Zaxarovanın əvvəlki bəyanatı, sülhmramlı fəaliyyətin neytrallıq və bitərəflik prinsiplərinə zidd idisə, bu dəfə səsləndirdiyi bəyanat Azərbaycan ərazilərində hansısa rus komandanın qaydalar müəyyənləşdirməsi ilə suverenliyimizi şübhə altına almasından başqa bir şey deyil. Sanki, Mariya Zaxova gah “balans” barədə səsləndirdiyi fikirləri, gah da rus əsgərin Laçın dəhlizində giriş və çıxışa dair qayda müəyyənləşdirməsini və bundan Azərbaycan rəhbərliyinin xəbərdar olmasını iddia etməklə, başa çatan münaqişənin alovlandırmağa, ən azından adı çəkilən dəhlizin Azərbaycan tərəfindən nəzarətə götürməsi məqsədilə atılan addım kimi dəyərləndirilməlidir.

Bu rəsmi vəzifə daşıyan birisinin ya artıq dediklərinin fərqində olmadığını, ya da bunları bilərəkdən səsləndirməklə 15 ay silahlıların Xankəndindən çıxarılmamasından əsəbləri tarıma çəkilən Azərbaycanı Qubadlıda tətbiq etdiyini NBM-ləri Laçında təkrarlamağa təhrik etmək niyyətini göstərir. Eyni fəaliyyətlərə və səhvlərə N.Paşinyan da Vətən Müharibəsindən əvvəl tez-tez yol verirdi. Nəticəsi isə həm Rusiya, həm də Ermənistan üçün çox ağrılı olduğu faktdır.

M.Zaxarovaya rus əsgərin Laçın dəhlizində giriş və çıxışa dair qayda müəyyənləşdirməsi barədə verdiyi bəyanatla bağlı bir neçə məqamı onun diqqətinə çatdırmağı vacib hesab edirəm:

1. Sülhməramlı funksiyasını üzərinə götürən tərəfin, münaqişə tərəflərindən biri və qalib tərəf olsan Azərbaycan ərazisində hansı qaydanı və hansı hüquqla müəyyənləşdirə bilərsiniz? Mariya xanımın Ermənistanla Azərbaycanı qarışıq salmadığına ümid edirəm.

2. Laçın dəhlizində qayda müəyyənləşdirmək səlahiyyətini ölü daşıyan rus generalına kim və nə zaman verib? Bundan niyə M.Zaxarovadan başqa kimsənin xəbəri yoxdur?

3.Rus sülhməramlı kontingentinin komandanlığı Azərbaycan ərazilərində qayda müəyyənləşdirmək əvəzinə, məsuliyyət daşıdıqları zonada atəşkəsə nəzarət etməklə bərabər erməni silahlılarını oradan çıxarmaqla məşğul olsunlar.

4. Səslənən son bəyanat, Azərbaycanın suveren hüqularını şübhə almaqla bərabər, Azərbaycan rəhbərliyinin rus kontingenti tərəfindən giriş-çıxış qaydalarını müəyyənləşdirmək üçün razılıq verdiyi anlamına gəlir. Buna aydınlıq gətirilməlidir.

5. Ermənistanın 30 ildə Azərbaycana qarşı silahlandırılmasını həyata keçirən bir ölkənin hərbi rəhbərliyi suveren ərazilərimizdə hansısa qaydalar müəyyənləşdirilməsi barədə səslənən bəyanat, rəsmi Bakı üçün qəbuledilməzdir və buna münasibət bildirilməlidir.

6. Sərsəm bəyanatın məhz 20 yanvar faciəsi günüdə səsləndirilməsi isə Mariya Zaxarovnın bu məsələdə məqsədlərinin daha uzağa getdiyindən xəbər verir.

7. Mariya xanım unutmasın ki, Ermənistanda Qarabağın itirilməsini Rusiyadan verilən silahların aşağı keyfiyyəti ilə əlaqələndirən ermənilərin sayı, dizertir erməni ordusunun fərarilərinin sayından daha çoxdur. Mariya xanım, lütfən insaf edin, əzik ermənilərin son ümidi olan Laçın dəhlizinin bağlanmasına və ya Bakıdakı dənizkarı bulvara yaxın ərazidə yerləşən Hərbi Qənimətlər Parkının genişlənməsinə razı olmayın.

M.Zaxarovanın məsuliyyətsiz bəyanatı mütləq şəkildə Azərbaycan Xarici işlər Nazirliyi tərəfindən ən qısa zamanda və adekvat tonda cavablandırılmasını gözləyirik.

Ədalət Verdiyev, hərbi ekspert





Oxşar xəbərlər


Xəbər lenti
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
2026-10-15
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
2026-10-15
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
2026-10-15
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
2026-10-15
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
2026-10-14
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
2026-10-13
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
2026-10-13
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
2026-10-13
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
2026-10-13
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
2026-10-13
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
2026-10-13
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
2026-10-13
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
2026-10-13
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-13
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-13
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
2026-10-12
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
2026-10-12
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
2026-10-12
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
2026-10-12
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
2026-10-12
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
2026-10-12
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-12
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-12
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09