Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
SİYASƏT
AQEM Sədrliyinin Strateji Prioritetləri
SİYASƏT
Azərbaycanın Qlobal Diplomatiya Modeli
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Füzuli müasir quruculuq və inkişaf yolunda
SİYASƏT
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
SİYASƏT
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
SİYASƏT
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
SİYASƏT
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
SİYASƏT
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
SİYASƏT
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
SİYASƏT
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
SİYASƏT
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
SİYASƏT
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
SİYASƏT
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
SİYASƏT
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ
SİYASƏT
Azərbaycanın regional mövqeyi və beynəlxalq əməkdaşlığın genişlənməsi
SİYASƏT
Regional əməkdaşlıq yeni iqtisadi imkanlar yaradır
SİYASƏT
Qardaşlıq münasibətləri həmrəyliyimizin və ortaq gələcəyimizin əsasını təşkil edir
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi

Gəncədə“Qəlbimizin zirvəsində yaşayan qəhrəman” mövzusunda Vətən Müharibəsinin Şəhidi Mustafayev Rüfət Zöhrab oğlunun tədbiri keçirilmişdi.

2022-01-28 19:18:39 168 baxış
Xəbər şəkil

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə MKS-nin 16 nömrəli kitabxana filialı “Qəlbimizin zirvəsində yaşayan qəhrəman” mövzusunda Vətən Müharibəsinin Şəhidi Mustafayev Rüfət Zöhrab oğlunun ailəsi ilə görüş keçirdi. 
Tədbirdə Şəhid Rüfət Mustafayevin ailə üzvləri, qohumları və yaxınları, Şəhid ailələri, Türkmən ədəbiyyatı Yazarlar birliyinin üzvü, Türkiyə Yedi bölge Şair Yazar ve Ozanlar Kültür Dərnəyinin Azərbaycan təmsilçisi şairə Esmira Günəş, Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları, Əhməd Cavad adına 2 №-li tam orta məktəbin şagirdləri, Mirzə Abbas Abbaszadə adına 20 nömrəli tam orta məktəbin sinif müəllimi Şəhid Rüfət Mustafayevin sinif yoldaşı Rəvanə İbrahimova, 27 №-li məktəb liseyin şagirdi iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığından bəhs etdi və tədbir iştirakçılarına Şəhid Rüfət Mustafayev haqqında məlumat verdi.
Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Mürsəl İsmayıllı öz çıxışında qeyd etdi ki, hər bir Azərbaycan vətəndaşı öz şəhidlərini, qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.  Ali Baş Komandanı Prezident İlham Əliyev  zamanın da ən doğru qərarı qəbul etməklə xalqımızın tarixi qələbəsini təmin edib.  Bu ölkənin vətəndaşı olaraq hər birimiz 44 günlük haqq savaşı boyunca bizlərə sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə ömür boyu minnətdar olmalıyıq.
Türkmən ədəbiyyatı Yazarlar birliyinin üzvü, Türkiyə Yedi bölge Şair Yazar ve Ozanlar Kültür Dərnəyinin Azərbaycan təmsilçisi şairə Esmira Günəş çıxışında Qələbəni, Azadlığı, Zəfər sevincini bizə yaşadan qəhrəman oğullarımıza borclu olduğumuzu vurğulayıb. Şairə İkinci Qarabağ müharibəsi şəhidləri Vətən üçün canından keçən Rüfət Mustafayevin əziz xatirəsinə həsr etdiyi ”Qəlbimizin zirvəsində yaşayan qəhrəman” kitabları haqqında məlumat verdi. Şairə tədbir boyu şeirlərini səsləndirdi.
Şəhidin sinif yoldaşı Rəvanə İbrahimova Rüfətlə bağlı məktəb xatirələrindən bəhs etdi. O, həmçinin qeyd etdi ki, çalışdığı məktəbdə dərs dediyi sinif otağı Şəhid Rüfətin adını daşıyır.
Şəhidin xalası Nəhayət Həsənova tədbir iştirakçılarına Rüfətin keçdiyi həyat yolundan, necə vətənpərvər, qayğıkeş övlad olmasından danışdı.
Gəncə MKS-nin 16 nömrəli kitabxana filialının kitabxanaçısı Tünzalə İsmayılova bu zəfərin xalqımızın birliyinin, həmrəyliyinin, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlıqlarının, respublikamızda yaşayan bütün xalqların Vətənin dar günündə bir nəfər olmasının və dövlətimizin başçısının polad iradəsinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, dəmir yumruğunun qələbəsi olduğunu iftixar hissi ilə nəzərə çatdırdı.
Tədbirdə Şəhid polkovnik Babək Səmidlinin bacısı, MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunun müdiri Röksanə Səfərzadə tədbir iştirkaçılarını AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) birinci və ikinci Qarabağ müharibəsi zamanı adları Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazılmış Milli Qəhrəmanlarımızın, şəhid, qazi, və iştirakçılarımızın xatirəsini əbədiləşdirmək üçün yaradılan  “Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə tanış etdi. Qeyd olundu ki, fondda Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, “Qarabağ Azərbaycandır!” guşəsində 50-ə yaxın müharibə iştirakçılarının fotoşəkilləri, onların şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə olunan kitablardan ibarət kolleksiya, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları” güşəsi, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı 500-dən artıq şəhid, qazi və müharibə iştirakçılarının həyatı və fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, 1000-dən artıq kitab, qəzet, jurnal, məqalələr, sənədli və bədii filmlər toplanaraq oxucuların istifadəsinə verilib.
Tədbirdə Şəhid Bilal Qənbərovun bacısı Aidə Kərimova, Şəhid Abdulla Əhmədovun anası Validə Əhmədova və Şəhid Saleh Nuriyevin anası Rəmziyə Nuriyeva çıxış etdilər.
Tədbirdə həmçinin Sumqayıt Şəhidlər Xiyabanına virtaul ziyarət olundu. İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin şagirdi Ömər Abdullayev, Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri  Səma Xəlilova, Sərxan Babayev, Mirzə Abbas Abbaszadə adına 20 nömrəli tam orta məktəbin şagirdi Sübhan Bədirov şairə Esmira Günəşin şəhid Rüfət Mustafayevə ithaf etdiyi şeirləri söylədilər.
Tədbirin sonunda  Şəhidin anası Afət Mustafayeva tədbiri təşkil etdiyi üçün Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirdi.

Oxşar xəbərlər

Xəbər lenti
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
2026-10-16
AQEM Sədrliyinin Strateji Prioritetləri
2026-10-16
Azərbaycanın Qlobal Diplomatiya Modeli
2026-10-16
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
2026-10-16
Füzuli müasir quruculuq və inkişaf yolunda
2026-10-16
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
2026-10-16
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
2026-10-16
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
2026-10-15
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
2026-10-15
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
2026-10-15
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
2026-10-15
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
2026-10-14
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
2026-10-13
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
2026-10-13
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
2026-10-13
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
2026-10-13
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
2026-10-13
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
2026-10-13
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
2026-10-13
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
2026-10-13
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
2026-10-13
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-13
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
2026-10-12