Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
SİYASƏT
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
SİYASƏT
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
SİYASƏT
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
SİYASƏT
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
SİYASƏT
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
SİYASƏT
AQEM Sədrliyinin Strateji Prioritetləri
SİYASƏT
Azərbaycanın Qlobal Diplomatiya Modeli
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Füzuli müasir quruculuq və inkişaf yolunda
SİYASƏT
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
SİYASƏT
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
SİYASƏT
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
SİYASƏT
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
SİYASƏT
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
SİYASƏT
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq
SİYASƏT
İdeoloji təhlükəsizlik və dünyəvi təhsilin qorunması mühüm vəzifədir
SİYASƏT
Təhsilalanların geyim qaydaları məktəbdə bərabərliyin və nizam-intizamın təminatıdır
SİYASƏT
AZƏRBAYCAN MƏNİM İKİNCİ VƏTƏNİM DEYİL, DOĞMA VƏTƏNİMDİR!
SİYASƏT
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Azərbaycanın iqtisadi inkişaf strategiyası. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və yeni investisiya imkanları böyükdür
SİYASƏT
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir

“Müdafiə Nazirliyinə ayrılan pulun 10 faizi Nəcməddin Sadıkova çatıb”

2022-02-20 15:59:53 272 baxış
Xəbər şəkil

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müdafiə Nazirliyində həyata keçirdiyi əməliyyatın sonucu olaraq sabiq Baş Qərargah rəisi, bir neçə gün əvvəl Bakıda qəza törətməsi ilə gündəmə gələn Nəcməddin Sadıkov həbs oluna bilər.

Bunu “Yeni Müsavat”a açıqlamasında hərbi ekspert, mayor Telman Əbilov bildirib.

O deyib ki, Nəcməddin Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi postunu tutduğu dönəmlərdə büdcədən müdafiə xərcləri üçün ayrılan vəsaitlərin 10 faizi ona çatıb:

“Təsəvvür edin ki, Müdafiə Nazirliyinə ayrılan 200 milyonun 10 faizi Nəcməddinə çatıb. 300 milyon ayrılıb, yenə də 10 faizi onun cibinə gedib. Hər dəfə 20-30 milyona sahiblənib. Pullar təyinatı üzrə xərclənmədən, işlər başlanmazdan öncə Nəcməddin Sadıkova çatdırılıb”.

Hərbi ekspert qeyd edib ki, Müdafiə Nazirliyinin maliyyə sektorunda yüksək vəzifəli şəxslərin külli miqdarda mənimsəmə ittihamı ilə həbsi əbəs deyil:

“Bilirsiniz ki, Müdafiə Nazirliyinin maliyyə işlərinə baxan dörd idarəsinin, bir şöbəsinin rəisləri 15 milyon manatlıq mənimsəmədə ittiham olunaraq həbs olunublar. Bu məbləğ istintaq zamanı 15-20, bəlkə də, daha çox arta bilər.

Tutulanlar nazirliyin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə və Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımovdir.

Cəlal Kazımov ən son həbs ediləndir. Onların hər biri barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. İlkin olaraq həbs edilən 4 şəxsə Cinayət Məcəlləsinin 179.4-cü – xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham verilib.

Polkovnik Cəlal Kazımova bu maddə ilə yanaşı 313-cü – vəzifə saxtakarlığı, 341.2.1-ci – bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərini aşma və 341.2.3-cü, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.

Saxlanan hərbçilər yüksək vəzifəlidir və aydındır ki, belə bir miqyasda mənimsəməni təkbaşına həyata keçirə bilməzdilər. Tutulanlar maliyyə işlərinə cavabdeh olan bir nömrəli şəxslərdir. Belə bir miqyaslı mənimsəmə bir günün, bir ayın, heç bir ilin içində baş verməyib.

Bu qədər vəsaiti mənimsəmək üçün uzun müddət əlaqəli iş aparılıb. Bu işlərin içində ali və yüksək rütbəli hərbçilər olub. Bu gün Nəcməddin Sadıkov Azərbaycanda sərbəst gəzib dolaşır, hətta şəhərdə zirehli maşınında gəzib qəza da törədir. Onun həbsi üçün vəzifədə olduğu müddətdə də, bu gün də kifayət qədər əsaslar var”.

Ekspertin fikrincə, N.Sadıkovun həbsi üçün siyasi iradə göstərilməlidir:

“Məsələn, general Rövşən Əkbərov 2001-ci ildə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində Elçin Əliyevi soyuq silahla qəsdən öldürmüşdü. Bu cinayətə görə onun həbsi üçün kifayət qədər əsaslar olsa da, həbsinə qətldən 20 il sonra qərar verildi. Nəcməddin Sadıkovun həbsi üçün əsaslar var.

Sadəcə müvafiq tapşırıq verilməlidir ki, onu tutsunlar. Bununla belə, inanıram ki, bu adam həbs ediləcək. Çünki 30 ilə yaxın Azərbaycanın Müdafiə Nazirliyindəki cinayətkar fəaliyyətinə görə cəzasız qala bilməz. Ən azı “Tərtər işi”ndə baş verənlərə görə onun həbsi vacibdir. “Tərtər işi” onun təşkilatçılığı, şəxsən rəhbərliyi ilə, rus kəşfiyyatının sifarişi əsasında aparılıb. Nəcməddin Sadıkov buna görə cəzaya çatdırılmalıdır”

Oxşar xəbərlər

Xəbər lenti
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
2026-10-18
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
2026-10-17
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
2026-10-17
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
2026-10-17
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
2026-10-17
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
2026-10-16
AQEM Sədrliyinin Strateji Prioritetləri
2026-10-16
Azərbaycanın Qlobal Diplomatiya Modeli
2026-10-16
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
2026-10-16
Füzuli müasir quruculuq və inkişaf yolunda
2026-10-16
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
2026-10-16
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
2026-10-16
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
2026-10-15
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
2026-10-15
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
2026-10-15
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
2026-10-15
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
2026-10-14
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13

2026-10-12
Qarşılıqlı etimad birliyimizi daha da möhkəmləndirir
2026-10-12