Salyan gəncləri üçün “Özünüinkişaf laboratoriyası” adlı təlim təşkil olunub
Salyanda “Şəxsi inkişaf” təlimləri çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyinin təşkilatçılığı ilə “Özünüinkişaf laboratoriyası” adlı təlim keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, təlimçi “SuperToys” şirkətinin marketinq direktoru, marketinq mütəxəssisi Məlahət Əsədova gənclərə “Mənim dəyərlərim”, “Töhfə verməyin yolları”, “Güclü və zəif tərəflərin təyin olunması”, “Karyerada xoşbəxt olmağın yolları”, “Şəxsiyyət analizinin aparılması”, “Dəyərlərin təyin olunması” və “Harvard Kollecində təvazökarlıq dərsi” barədə məlumat verib.
Təlimdə gənclər özgüvən testi edib, zaman planlaması, qarşı tərəfi tanımaq, dinləmək, suala qarşı tərəfin perspektivindən cavab vermək və suallar vasitəsilə özünü analiz etmək mövzusunda bacarıqlara yiyələniblər.
