Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH
SİYASƏT
18 Oktyabr — Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
SİYASƏT
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
SİYASƏT
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
SİYASƏT
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
SİYASƏT
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
SİYASƏT
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
SİYASƏT
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
SİYASƏT
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
SİYASƏT
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
SİYASƏT
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
SİYASƏT
AQEM Sədrliyinin Strateji Prioritetləri
SİYASƏT
Azərbaycanın Qlobal Diplomatiya Modeli
SİYASƏT
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
SİYASƏT
Füzuli müasir quruculuq və inkişaf yolunda
SİYASƏT
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
SİYASƏT
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
SİYASƏT
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
SİYASƏT
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
SİYASƏT
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
SİYASƏT
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
SİYASƏT
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
SİYASƏT
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
SİYASƏT
Azərbaycan-Kamboca: Sülh, əməkdaşlıq və humanitar həmrəylik
SİYASƏT
Azərbaycan–Kamboca tərəfdaşlığının təməli
SİYASƏT
Azərbaycan və Kamboca arasında yeni dialoq platforması
SİYASƏT
Dünyəvi təhsil və milli-mənəvi dəyərlərin qorunması
SİYASƏT
Təhsil mühitində geyim mədəniyyəti və peşəkarlıq

Novruz dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır

2022-03-17 12:53:21 2629 baxış
Xəbər şəkil

    Novruz bayramında keçirilən kütləvi bayram şənlikləri xalqımızın birlik-bərabərlik və həmrəyliyindən xəbər verir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə hər il Novruz bayramında el şənliklərində iştirak edən ulu öndər Heydər Əliyev xalqımızın milli bayramına böyük önəm verir, Novruz bayramının mahiyyətini izah edən dəyərəli fikirlər söyləyirdi. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Novruz bayramını xalqın gözəl neməti və dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı adlandırmışdır. Eyni zamanda bildirmişdir ki, böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Ulu Öndər həmçinin hesab edirdi ki, müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz. Ona görə də Novruz xalqımızın hamısını eyni dərəcədə həm sevindirməli, həm həvəsləndirməli, həm də birləşdirməlidir.
    Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalan, onun ideya və fikirlərini öz siyasi fəaliyyətində yaşadan cənab Prezident İlham Əliyevin də Novruz bayramına qarşı xüsusi bir münasibəti vardır. Müsətqil Azərbaycan dövlətinin milli bayramı olan Novruz xalqımız tərəfindən indi daha böyük coşqu və təmtəraqla qeyd olunur. Ölkə başçısı cənab İlham Əliyev hər il Novruz bayramı münasibətilə xalqı təbrik edir, keçirilən el şənliklərində iştirak edir. Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqıları məlumatlıdırlar. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən isə, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Həmçinin 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i «Beynəlxalq Novruz Günü” elan olunub. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində xalqmızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir.
     Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə xalqımızın ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi. 1998-ci il martın 20-də məcburi köçkünlər üçün keçirilən Novruz şənliyində Ulu Öndər Heydər Əliyev də bu haqda qeyd etmişdi: «Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır.» Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız artıq ikinci ildir ki, həmin ərazilərdə Zəfər təntənəsi ilə Novruz bayramını qeyd edir.

Səfa Ağayev,
YAP İmişli rayon təşkilatının sədri

Oxşar xəbərlər

Xəbər lenti
18 Oktyabr Müstəqilliyimizin Bərpası Günü milli iradəmizin, dövlətçilik əzmimizin və suverenliyimizin təntənəsidir
2026-10-19
Günay Ağamalı: Müstəqilliyimizin gücü Zəfərimizdə, Zəfərimizin təntənəsi Böyük Qayıdışdadır – ŞƏRH
2026-10-19
18 Oktyabr — Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür!
2026-10-18
Azərbaycanın beynəlxalq mövqeyi və əməkdaşlıq imkanları
2026-10-18
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır
2026-10-18
Azərbaycanın tarixi Qələbəsi və sülhə aparan yol
2026-10-18
Azərbaycanın müstəqil siyasəti və beynəlxalq hüququn aliliyi
2026-10-18
Deputat: Füzuli tarixi Zəfərimizin təntənəsi, Böyük Qayıdışın nümunəsidir
2026-10-18
İqtisadi tərəfdaşlıq yeni imkanlar yaradır
2026-10-17
Humanitar əlaqələr xalqlar arasında dostluğun möhkəm təməlidir
2026-10-17
Azərbaycan-Laos münasibətləri yeni inkişaf mərhələsində
2026-10-17
Azərbaycan və Laos: coğrafi uzaqlıqdan siyasi yaxınlığa doğru
2026-10-17
Azərbaycanın AQEM-də Qətiyyətli Liderliyi
2026-10-16
AQEM Sədrliyinin Strateji Prioritetləri
2026-10-16
Azərbaycanın Qlobal Diplomatiya Modeli
2026-10-16
Günay Ağamalı: Azərbaycanın dövlət suverenliyinin tam bərpası qətiyyətli mübarizənin nəticəsidir
2026-10-16
Füzuli müasir quruculuq və inkişaf yolunda
2026-10-16
Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir
2026-10-16
Füzulinin tarixi-mədəni irsi milli sərvətimizdir
2026-10-16
Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
2026-10-15
Azərbaycan və Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
2026-10-15
Azərbaycan-Kamboca əlaqələri yeni məzmun qazanır
2026-10-15
Azərbaycan Asiya ilə Avropa arasında əməkdaşlıq və bağlantıların inkişafına töhfə verir
2026-10-15
“Baş örtüyünə qadağa yoxdur” - Deputat
2026-10-14
Məktəbdaxili nizam-intizamın gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir
2026-10-13