Novruz bayramı münasibətilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Azərbaycan xalqına təbriki
Novruz bayramı münasibətilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Azərbaycan xalqına təbriki
Əziz həmvətənlər!
Sizi sevimli Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, səadət dolu günlər arzu edirəm.
Xalqımız min illər ərzində təşəkkül tapmış ənənələrə sadiq qalaraq hər il Baharın gəlişini təntənə ilə bayram edir. Təbiətlə insanın sarsılmaz vəhdətini əks etdirən Bahar bayramı insanlarımızın yaddaşına əbədi həkk olunmuşdur. Ulu əcdadlarımızdan indiki nəsillərə ərməğanı olan Bahar adət-ənənələrinin günümüzədək yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir.
Ötən son 30 ildən fərqli olaraq, bu il sevimli Novruz bayramını xalqımız yüksək əhval rühiyyə, qürur hissi ilə qeyd edir. Xilaskar Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordsunun əsgər və zabitləri xalqımızın işğal edilmiş torpaqlarımızla bağlı həsrətinə son qoydu. Heç şübhəsiz ki, Azərbaycanın Zəfər çalması və milli dəyərlərə sadiqlik və həmrəylik duyğusu bütün azərbaycanlıları doğma Vətənimizin inkişafı naminə daha sıx birləşdirdi.
Əziz bacı və qardaşlarım, Bahar Bayramınız mübarək!
Hörmətlə,
Fəzail Ağamalı
Millət Vəkili,
Ana Vətən Partiyasının sədri
Kanal4.az