Deputat Jalə Əhmədova “Milan” hospitalın rəhbəri, Oksford Akademiyasının İdarəçilik üzrə “Business Lady” fəxri professoru Xuraman xanımla görüşüb
Kanal4.az xəbər verir ki,bu barədə Millət vəkili Facebook səhifəsində məlumat verib
“Milan” hospitalın rəhbəri, Oksford Akademiyasının İdarəçilik üzrə “Business Lady” fəxri professoru Xuraman xanım Muradova ilə görüşüm ən xoş təəssüratlarla yaddaşıma yazıldı.
Xeyirxah əməlləri ilə insanların sevgisini qazanmış bu ziyalı xanımın çox böyük ürək sahibi olduğunu gördüm. Bu sözləri, söz xatirinə demirəm. Bu həqiqətən də belədir.
44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi altında Zəfər qazanmış əsgər və zabitlərimizə təmənnasız xidmət göstərməyi özünə borc bilən Xuraman xanımın rəhbərlik etdiyi “Milan” hospitalda şəhid ailələrinə, qazilərə, qazi ailələri və yaxınlarına yüksək səviyyədə diqqət göstərilir. Bu kateqoriyadan olan şəxslər üz tutduqları bu tibb ocağında pulsuz olaraq müayinə və müalicə olunur, sağlamlıqlarına qovuşurlar. Növbəti dəfə isə “Milan” hospitala təşəkkür üçün üz tuturlar…
Bu əməllərin sahibi olmaq üçün gərək millətini, xalqını, dövlətini və dövlətçiliyini sevəsən. Xuraman xanımın simasında, danışığında, söylədiklərində mən, bu sevgini görmüş oldum…
Səmimi ab-havada keçən görüş zamanı, müdrikliyi, xeyirxahlığı, gözəlliyi və zərafəti ilə hər birimizə örnək olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərin ölkəmiz üçün əhəmiyyətini, reallaşdırılan hər bir işin və aparılan siyasətin arxasında vətəndaş amilinin dayandığını, Birinci Xanımın fəaliyyətinin bizlər üçün nümunə olduğunu vurğuladım.
Xuraman xanım, sanki mənim fikirlərimi oxuyurmuş kimi bildirdi ki, dövlətimizin başçısı möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılması yönündə apardıqları siyasətə dəstək olaraq fəaliyyətimizi birmənalı şəkildə bu istiqamətə kökləmişik və bu istiqamətdə də davam edəcəyik.
Onu da qeyd edim ki, haqqında çox eşitdiyim Xuraman Muradovla görüşümün məqsədi, bir millət vəkili olaraq bu xeyriyyəçi xanımın gördüyü işlərə görə ona təşəkkürümü bildirmək idi.
