AZAL Çinin aparıcı həkimlərini Bakıya çatdırdı
AZAL avqustun 4-də mühüm uçuş icra edərək ölkədə koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə ölkəyə Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yük çatdırıb.
KANAL 4 xəbər verir ki, 10 nəfərdən ibarət aparıcı çinli mütəxəssislərdən ibarət qrup AZAL-ın xüsusi reysi ilə Bakıya gəlib.
Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması məqsədi ilə azərbaycanlı həmkarları ilə birgə çalışacaqlar.
AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr də Azərbaycanın paytaxtına çatdırılıb.
“Azərbaycan Hava Yolları”nın Çendu şəhərindən (Çinin cənub-qərbindəki Sıçuan əyalətinin paytaxtı) Bakıya birbaşa uçuşu yeddi saatdan çox davam edib.
Reys Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub.