Allahverdi Piriyev "31 Mart soyqırımından-Qan yaddaşımızdan yazdı"
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 31mart tarixi dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi elan edilmişdir.
Əsrlər boyu soy qırğınına məruz qalmış Azərbaycan xalqının haqq səsi heç bir zaman dünya dövlətləri tərəfindən eşidilməmiş, əksinə, bu soyqırımın, terrorçuluğun davamlı şəkildə genişlənməsinə rəvac verilmişdir.
20- çi əsrin sonunda sovetlər birliyi dağılanda bu daha geniş vüsət almış və əsrin ən böyük faciəsi olan " Xocalı faciəsi" törədilmişdir.
Müstəqilliyimizin qazanılması da xalqımız üçün heç də asan olmamışdır. Buna baxmayaraq xalqımızın iradəsi və dövlətimizin qətiyyətli mövqeyi sayəsində bu soyqırımlarının dünyaya çatdırılması və hüquqi qiymətinin verilməsi istiqamətində davamlı və uğurlu işlər görülür.
Zəfər qələbəmiz nəticəsində, Ali Baş Komandanımız başda olmaqla, müzəffər ordumuz işğal olunmuş torpaqlarımızı azad etməklə qətlə yetirilən günahsız insanların qanını yerdə qoymadı.
Bu yolda vətəni öz qanı, cani bahasına VƏTƏN edən şəhidlərimiz, qazilərimiz oldu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Salyan rayon ziyalıları və rayon ictimaiyyəti adından xalqımıza " Soyqırımı Günü" ilə əlaqədar dərin hüzünlə başsağlığı verir və müstəqilliyimizin əbədi olması, həmrəyliyimizin möhkəmlənməsi, ən başlıcası dövlətimizin daha da qüdrətli olması naminə əsl vətənpərvərlik nümayiş etdirməyimizi arzulayıram.
( Salyan rayon Ziyalılar birliyi).
Allahverdi Piriyev.