Neftçalada iki kəndin köhnə elektrik dirək və xətləri yenilənib
Neftçala rayonunun Bala Sura və Şorkənd kəndlərinin köhnə elektrik dirək və xətlərinin yeni dirək və kabellə təzələnməsi başa çatıb.
Bununla bağlı Azərişıq Şirvan Regional İdarəsi və Neftçala rayon İşıq İdarəsinin rəhbərlərinin və əməkdaşlarının kənd əhalisi ilə görüşü keçirilmişdir. Azərışıq Şirvan Regional İdarəsinin rəisi Ağayev Zülfi çıxış edərək söylədi ki, Neftçalanın bundan sonra Cəngən ərazisinin digər kəndlərinin də kabelləşməsi və bütövlükdə işıq sisteminin yenilənməsi, yeni transformatorların qoyulması prosesi davam edəcəkdir.
Görüşdə iştrak edən Milli Məclisin deputatı Fəzail Ağamalı ölkə prezidentinin regionların sosial - iqtisadi inkişafı, qazlaşması, elektrikləşməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin artıq son mərhələsinin yaşaması üzərində dayanıb, bununla bağlı Neftçala, Salyan rayon kəndlərində ciddi işlər getdiyini xüsusi olaraq önə çəkdi. Yaxın bir il ərzində buradakı yenilənmələrin də tamamlanası gözlənilir. Daha sonra o, Cənab Prezidentə və onun tapşırıqlarını uğurla yerinə yetirən Azərenerji Səhmdar Cəmiyyətinə, Azərışığın rəhbərliyinə və əməkdaşlarına seçicilər adından təşəkkürünü bildirdi.

