Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı

Abel Məhərrəmovun bir qədəh şərabı

2020-08-22 23:30:55 168 baxış
Xəbər şəkil

 

 

Günlərdir mediada, sosial şəbəkədə müzakirə mövzusu olan məlum toy mərasimi barədə məlumat vermişdik. Söhbət avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən gedir. Aydındır ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən elan edilən karantin qaydalarına görə, respublika ərazisində toy və yas mərasimlərinin keçirilməsi qadağan olunub. 

Lakin düşünməyin ki, karantin qaydalarını pozan şəxslər cəzasız qaldı. Abşeron Rayon Məhkəməsi toyun təşkilatçıları - Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs qərarı verdi.  

Məsələnin maraqlı tərəfi tanınmış şəxslərin, millət vəkillərinin, sabiq deputatların toy mərasimində iştirak etməsi və bu məsələyə “özlərinə xas” şəkildə haqq qazandırmaqlarıdır. Onlardan biri də Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, sabiq millət vəkili Abel Məhərrəmovdur. Həmin Abel Məhərrəmov ki, toyda bir qədəh badə ilə Ramiz Mehdiyevə necə lazımdır “tost” dedi. Buna qayıdacağıq.

Bu o, Abel Məhərrəmovdu ki, 1999-cu ildən Azərbaycanın ən böyük və qədim ali təhsil ocağı olan BDU-ya rəhbərlik edirdi və orada “işləyirdi”. “İşləyirdi” sözünü əbəs yerə dırnaq arasında yazmırıq. Çünki, rektorun işdən çıxarılması ilə bağlı sensasion məlumatlar onun “iş” prosesinə də aydınlıq gətirdi. Onun rəhbərliyi illərində Universitetdə rüşvət faktlarının baş verdiyi heç kimə sirr deyildi.

Çox yox, düz 2 il bundan öncə 2018-ci ilin noyabr ayının 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərində dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün yola düşəcəkdi. Həmin ərəfədə yaşanan qalmaqal yadınıza gəlir? 

Unudanlar varsa, xatırladaq. Madridə yola düşəcək Abel Məhərrəmov və Azərbaycanın nümayəndə heyətinin də yer aldığı Airbus-A319 təyyarəsi 2 saat havaya qalxa bilməyib. Səbəb isə A.Məhərrəmovun 2 tonluq baqajı olub. Təbii ki, 2 ton pal-paltar götürməyib özü ilə, söhbət heç yük çamadanlarından da getmir. Baqaj nə olsa bəyənərsiz? “Hörmətli” akademikimiz və onun İspaniyadakı səfir oğlu Anar Məhərrəmova məxsus şərab biznesinə aid çəlləklər... Bu azmış kimi, 10 noyabr 2018-ci ildə Madriddən qayıdan nümayəndə heyətimiz yenə də Abel Məhərrəmovun şərab çəlləklərinin bəlasına düşüb və 2 ton yükün təyyarəyə yüklənməsini gözləməli olub. 

Çəlləklər cəhənnəm, onun içərisindəkini içib səfər çərçivəsində yaşadığı və yaşatdığı “macəralar”ı saymaqla bitmir. Dini tolerantlıq mövzusunda keçiriləcək tədbirdən Bakıya konkret restoranlara şərab gətirmək cəhdi bir tərəfə, nümayəndə heyətimizin qaldığı hoteldə spirtli içkinin təsiri altına düşən Abel Məhərrəmovun hoqqaları nəinki Azərbaycan, hətta İspaniya mətbuatının gündəmini zəbt etdi. 

A.Məhərrəmovun içkili halda millət vəkillərindən biri ilə yaşadığı mübahisə o səviyyəyə çatıb ki, söhbətə İspan polisi müdaxilə etmək məcburiyyətində olub. Abel müəllimin əldə bir qədəh şərabla Madriddə konfransda iştirak edən şəxslərə tutduğu “toy” ona baha başa gəldi. 
Belə ki, ölkə başçısının ona olan etimadından sui-istifadə edən, güvəni doğrultmayan Abel Məhərrəmov bu hərəkətlərinə görə, layiqli cavabını da aldı. 2018-ci ildə 15 noyabr tarixində ölkə başçısının sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tutduğu vəzifədən azad edilib. 

Lakin Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak edən və yenə əldə bir qədəh şərabla yadda qalan Abel Məhərrəmov başına gələn hadisələrdən heç bir nəticə çıxarmayıb. 
Belə ki, Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində çəkilən görüntülər əvvəlcə sosial şəbəkələrdə, daha sonra kütləvi informasiya vasitələrində sürətlə yayıldı. Həmin görüntülərdən birində sabiq rektoru Abel Məhərrəmovun Ramiz Mehdiyevin şərəfinə səsləndirdiyi fikirlər eşidilir.

Abel Məhərrəmov özünü “xırda adam” adlandırıb. Nəyi də bilməsə, öz yerini yaxşı tanıyır. Əlqərəz, Abel müəllim aldı sazı, görək nə dedi:

“Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində faktiki addımlara siz rəhbərlik etmisiniz”.

Beləcə Abel Məhərrəmov “macəraları” bitib tükənmək bilmir. Bütün bunlardan sonra Abel Məhərrəmovun son hadisələrə verdiyi açıqlama isə onun taleyini necə həll edəcək, bir Allah bilir... Yəqin ki, dövlətimizin saymadığı qayda-qanunlarına görə, elə bu dövlətin qanunvericiliyin müvafiq normaları çərçivəsində tezliklə də cavab verər.





Oxşar xəbərlər


Xəbər lenti
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21