Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yeni koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini davam etdirir-FOTO
Yeni koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib.
reyd zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb.
Reyd zamanı, həmçinin sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskadan istifadənin zəruriliyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülərin də tibbi maskadan istifadə etmədiyi, nəqliyyat vasitəsinə normadan çox sərnişin götürdüyü müəyyən edilib. Bu halların infeksiyanın yayılması riskini artırdığı onlara izah edilib və həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Səmil Şahlaroğlu